|
Birgə əməkdaşlıq təklifi
"Göyçay-Çörək" ASC ərazisində yerləşən və müəssisənin balansında olan inzibati binaların sahəsindən istifadə etməklə birgə biznes layihələrinin həyata keçirilməsi üçün təklifləri qəbul edir.
Biznes layihələri həm istehsal və həm də qeyri-istehsal təyinatlı ola bilər.
Birgə əməkdaşlıq məqsədilə təklif edilən istehsalat binalarının əsas xarakteristikası:
- 2 mərtəbəli inzibati binanın II mərtəbəsi. Həmin mərtəbənin ümumi sahəsi 500 m2 təşkil edir.
(Qeyd: Binanın I mərtəbəsindən anbar kimi istifadə olunur);
- 3 mərtəbəli inzibati binanın II və III mərtəbələri. İki mərtəbənin birlikdə ümumi sahəsi 1000 m2 təşkil edir.
(Qeyd: Binanın I mərtəbəsindən qarderob və koridor kimi istifadə olunur).
- Hər iki obyekt daimi elektrik enerjisi, su və təbii qazla təmin edilmişdir.
Elektrik enerjisi yarımstansiyası binalardan 50 m məsafədə yerləşir. Su təminati zavodun ərazisində yerləşən və müəssisənin malik olduğu artezian quyusu hesabına həyata keçirilir. Qaz xətti 500 m məsafədə yerləşən GRES-dən birbaşa çəkilmişdir.
Zavodun ərazisində 500 ton tutumu olan su anbari və 300 m2-lik anbar binasi da vardır ki, bu obyektlər də birgə layihə üçün istifadə oluna bilər.
Yaxinliqda həmçinin un deyirmani (istehsal gücü - 30t/sut) fəaliyyət göstərir.
Ünvan: AZ2300, Azərbaycan Respublikası, Göyçay şəh., Natavan küç., 4. Tel.: (994 167) 5 19 63. Əlaqə üçün şəxs: Tahir Əliyev
Ümumi sahəsi 1 ha olan dülgər sexi icarəyə verilir
Göyçay rayonunun Sənaye zonasında ümumi sahəsi 1 ha olan dülgər sexi icarəyə verilir. Tikinti materiallarinin satişı üçün əlverişlidir. Digər xidmət və istehsal məqsədləri üçün də istifadə etmək üçün də sərfəlidir. Daimi elektrik enerjisi ilə təmin olunub.
Unvan: Azərbaycan Respublikası, Göyçay şəh., M.Hüseynzadə küç., 33. Tel.: (994 167) 6-15-49, 5-49-12 Mob.: (994 50) 201-44-22.
|